
Bakı.Trend:
Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında
fasilə yaranacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İB-dən məlumat verilib.
Qeyd edilib ki, Abşeron rayonu Yoncalıq yaşayış massivi, Can
təpə yaşayış massivi, Binəqədi şosesi 1, 2, 3-cü döngələr,
M.Ə.Sabir küçəsi, Dədə Qorquq küçəsi, Mirəli Qaşqay küçəsi, Yusif
Məmmədəliyev küçəsi ünvanlarında mühafizə zonası pozulmuş yeraltı
qaz xətti əvəzlənəcək.
Qaz xəttinin əvəzlənməsi səbəbindən 03.03.2026-cı il tarixində
saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı
dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ünvanlarda 9000
istehlakçının qaz təchizatında fasilə yarancaqdır.


