
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 60-70 yaşınadək karyerasını davam etdirsə belə, yenə öyrənməli olduğunu bildirib.
“Report”un məlumatına götə, təcrübəli mütəxəssis bu barədə Məşqçilərin I Forumunda deyib.
O, I Forumda danışmağın məsuliyyətli olduğunu söyləyib:
“Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir”
Q. Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib:
“Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi həm lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə deyim var. Komanda qalib gəlibsə, futbolçularln qələbəsidir. Uduzursa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub saxlamalıyıq”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


