SEPAH: İran İsraildə dövlət, təhlükəsizlik və hərbi qurumlarını hədəfə alıb

Baş səhifə

İran İsrailə qarşı 10-cu hücum dalğasında İsraildə hökumət kompleksini, Hayfadakı hərbi və təhlükəsizlik mərkəzlərini və Şərqi Yerusəlimi hədəfə alıb.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Bundan başqa, İsraildə hərbi bazalar, dövlət və təhlükəsizlik qurumlarına yaxın olan mülki şəxslərə oradan uzaqlaşması tövsiyə olunub.