Astara sərhəd keçid məntəqəsindən Azərbaycan, Fransa və Tacikistan vətəndaşlarının keçidi təmin olunub

Baş səhifə

Bu gün səhər saatlarından Astara Sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

APA-nın cənub bürosu xəbər verir ki, bu dəqiqələrdə Astara Sərhəd gömrük keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Qeyd edək ki, gecə saatlarında 50 Çin vətəndaşının də keçidi təmin edilib.