SEPAH BƏƏ-də ABŞ dəstək gəmisini məhv etdi

Baş səhifə

Bakı. Trend:

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb
Əmirliklərində (BƏƏ) hava hücumundan müdafiə radarının məhv
edildiyini bildirib.

Trend-in
məlumatına görə, İran Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli
raketi Əl-Ruvays yaxınlığında BƏƏ-nin raketdən müdafiə radarını
məhv etdi. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək gəmisi
raketlər və dronların zərbələri ilə sıradan çıxarıldı.




Vurğulanıb ki, İran qüvvələri bölgədə yerləşən ABŞ donanmasını
izləməyə və təqib etməyə davam edirlər.