İsrail ordusu Tehrandakı hərbi hədəflərə zərbələr endirib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu Tehranda İran komandirlərinin yerləşdiyi güman
edilən bir neçə hərbi hədəfə zərbələr endirib.

Trend-in
məlumatına görə, bu İsrail Müdafiə Qüvvələri açıqlamasında
bildirib.




Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
qərargahı, SEPAH Hərbi Hava Qüvvələrinin kəşfiyyat və komandanlıq
mərkəzləri və daxili kəşfiyyat xidmətinin qərargahı da daxil
olmaqla onlarla hərbi komandanlıq məntəqəsi vurulub.

Bildirilib ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin
kəşfiyyatının döyüş əməliyyatlarına rəhbərlik etməkdən məsul şəxsi
heyətin olduğunu aşkar etdiyi hədəflərə yönəldilib.