İrandan Azərbaycana təxliyə davam edir

Baş səhifə

Bakı. Trend:

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının
təxliyəsi davam edir.

Trend xəbər verir
ki, təxliyə üçün bütün şərait təmin olunub və proses davam
edir.

28 fevral saat 08:00-dan 1 mart saat 16:00-dək İrandan müxtəlif
ölkələrin vətəndaşları olmaqla ümumilikdə 123 nəfər təxliyə
olunub.




Təxliyə edilənlər arasında 54 nəfər Azərbaycan, 18 nəfər
Səudiyyə Ərəbistanı və 18 nəfər Çin vətəndaşı var. Bundan əlavə, 6
nəfər BƏƏ, 5 nəfər Tacikistan, 4 nəfər İordaniya, hərəyə 3 nəfər
Qətər və Banqladeş vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2
nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. İtaliya,
Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan
isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

Qeyd olunan müddət ərzində ümumi təxliyə olunanların sayı 123
nəfər təşkil edib.