Tramp: İranın raket obyektlərinə zərbələr ABŞ-ın B-2 bombardmançıları vasitəsilə endirilib

Baş səhifə

Fevralın 28-də İranın möhkəmləndirilmiş ballistik raket obyektlərinə zərbələr Amerika Hərbi Hava Qüvvələrinə məxsus B-2 tipli bombardmançılar vasitəsilə endirilib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, təyyarələr 2000 funtluq bombalarla silahlandırılmışdı.