Azərbaycan və BƏƏ XİN başçıları Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə etdilər

Baş səhifə

Bakı. Trend:

1 mart 1026-cı il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş
nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl
Nəhyan arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib
ki, söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi
toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə
mövzusu olub.

Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını
ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün
yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və
prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi
vasitələrlə həllinin zəruri olduğu vurğulanıb.

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin
edilməsinin prioritet məsələ olduğu bildirilib. Nazir Ceyhun
Bayramov qarşıdurma nəticəsində mülki insanların həlak olması və
xəsarət alması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.