KİV: Təxminən 150 tanker Fars körfəzi ölkələrinin sahillərində lövbər salıb

Baş səhifə
KİV: Təxminən 150 tanker Fars körfəzi ölkələrinin sahillərində lövbər salıb

Ən azı 150 tanker Hörmüz boğazına çatmadan açıq sularda lövbər salıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, tankerlər Fars körfəzinin iri neftçıxaran ölkələrinin sahilləri yaxınlığında açıq dənizdə qalıblar.

Daha əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru İbrahim Cabbari xəbərdarlıq edib ki, hücumdan sonra Hörmüz boğazı gəmilərin keçidi üçün bağlanacaq. Martın 1-də İran hərbiçiləri Hörmüz boğazından yalnız İran və Çin gəmilərinin buraxılacağını bildiriblər.