Bakı. Trend:
Qətər Omanın Dukm kommersiya limanına İran hücumlarını
qətiyyətlə pisləyir.
Trend xəbər verir ki, bu
barədə Qətər Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat
yayıb.
“Qətər Dövləti, qardaş Oman Sultanatında yerləşən Dukm
kommersiya limanına və sahilindəki neft tankerinə yönəlmiş İran
hücumlarını qətiyyətlə pisləyir.
Xarici İşlər Nazirliyi Qətərin Oman Sultanatı ilə onun
suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdığı
bütün addımlarda tam həmrəy olduğunu təsdiqləyir”, – deyə bəyanatda
bildirilib.

