Zelim Kotsoyev “Böyük Dəbilqə”də bürünc medal əldə edib

Baş səhifə
Zelim Kotsoyev Böyük Dəbilqədə bürünc medal əldə edib

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçularının qazandığı medalların sayı 5-ə çatıb.

“Report” xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) Rusiya təmsilçisi Adam Sanqariyevi ipponla məğlub edərək üçüncü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Murad Fətiyev (90 kq), Ömər Rəcəbli (81 kq), Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.