
Bakı. Trend:
Serbiyanın Tehrandakı səfirliyi birbaşa hücuma məruz qalmayıb,
lakin binaya düşən qəlpələr nəticəsində müəyyən ziyan dəyib.
Trend xəbər verir ki, bunu
Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlayıb.
Onun sözlərinə görə, zərbələrdən biri Bəsic bazasına endirilib
və partlayış nəticəsində yaranan qəlpələr Serbiya səfirliyinə zərər
vurub. “İrandakı diplomatlarımıza gəldikdə isə, bu gün
əməkdaşlarımız Azərbaycan istiqamətində təxliyə ediləcək”, – deyə
Vuçiç bildirib.
Dövlət başçısı əlavə edib ki, Serbiyanın səfiri müvəqqəti olaraq
Azərbaycana göndəriləcək, daha sonra isə Tehrana geri dönəcək.


