Bakı. Trend:
Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş
verib.
Trend xəbər verir ki, hadisə
hərbi hissənin çörək sexində qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə
yerindədir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

