
Bakı. Trend:
Əmir Səid İrəvani Qərbin İranın nüvə proqramı ilə bağlı
iddialarını rədd edərək, ABŞ və İsrailin son hərbi
əməliyyatlarından sonra təmkinli olmağa çağırıb.
Trend xəbər verir
ki, bu barədə İrəvani BMT Təhlükəsizlik Şurasında bəyanat
verib.
O bildirib: “Fransa, Böyük Britaniya və digər Qərb ölkələrinin
nümayəndələrinin İranın dinc nüvə proqramı ilə bağlı iddialarını
qəti şəkildə rədd edirəm. Bu iddiaların heç bir faktiki və ya
hüquqi əsası yoxdur.”
İrəvani Vaşinqtonun hücumlarını qanunsuz və hüquqi əsasdan
məhrum adlandırıb və qarşıdan gələn təhlükə ilə bağlı qabaqlayıcı
tədbirlərin “təcavüzü qanuniləşdirə bilməyəcəyini” vurğulayıb.
O həmçinin ABŞ və İsrailin əməliyyatlarını “İran İslam
Respublikasına qarşı təxribatsız və qəsdən törədilmiş təcavüz”
adlandırıb və mülki ərazilərə zərər dəydiyini qeyd edib.
İrəvani bütün tərəfləri ehtiyatlı olmağa, beynəlxalq hüquqa
hörmət etməyə çağırıb və eskalasiyanın qarşısını almaq üçün
dialoqun vacibliyini vurğulayıb.


