İran mediası Hörmüz boğazının bağlandığını bildirir

Baş səhifə

Bakı. Trend:

İranın “Tasnim” İnformasiya Agentliyi İslam İnqilabı Keşikçilər
Korpusu (SEPAH) tərəfindən Hörmüz boğazının bağlandığını
bildirir.

Trend-in
məlumatına görə, SEPAH-ın gəmilərə göndərdiyi mesajda bildirili
rki, heç bir gəminin Hörmüz boğazından keçmək icazəsi yoxdur.

İran mediası qeyd edir ki, ötən 1 saat ərzində regionda ABŞ-nin
14 hərbi bazası atəşə tutulub. ABŞ-nin bəzi ölkələrdə birdən çox
hərbi bazası var və raket və dron hücumları sadəcə bir ölkədə bir
hərbi bazaya aid olmayıb.




Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.