İsrail İranın strateji müdafiə sisteminə kütləvi zərbə endirdiyini bəyan edib

Baş səhifə
İsrail İranın strateji müdafiə sisteminə kütləvi zərbə endirdiyini bəyan edib

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın strateji müdafiə sisteminə kütləvi zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

“İMQ kəşfiyyat məlumatlarına əsaslanaraq İran rejiminə məxsus strateji müdafiə sisteminə kütləvi zərbə endirib. Zərbələrdən biri İranın qərbində, Kirmanşah bölgəsində yerləşən müasir “SA-65″ hava hücumundan müdafiə (HHM) sisteminə yönəldilib”, – məlumatda qeyd edilib.