Bakı. Trend:
Şimal-Qərb Nəqliyyat Prokurorluğu Finlandiya körfəzində iki yük
gəmisinin toqquşması faktı ilə bağlı araşdırmaya başlayıb.
Trend xəbər verir
ki, bu barədə nəzarətçi qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 28-də Finlandiya körfəzində iki yük
gəmisi toqquşub. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət
alan olmayıb. Neft dağılması və ya ətraf mühitin çirklənməsi barədə
də məlumat daxil olmayıb.
Hazırda gəmilər hadisənin baş verdiyi ərazidə lövbər salıb.
Potensial ziyanın qiymətləndirilməsi aparılır.

