
Bakı.Trend:
Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda
rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş lokal
kartlardan (o cümlədən statistik vahidin ödəniş kartları daxil
olmaqla) istifadə ilə həyata keçirilən əməliyyatların sayı 61,9 min
ədəd, həcmi isə 58,42 milyon manat təşkil edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin yanvar ayı ilə müqayisədə lokal
kartlardan istifadə üzrə əməliyyatların sayı 5,9 min ədəd və ya
10,5 faiz artıb, həcmi isə 8,84 milyon manat və ya 17,8 faiz
yüksəlib.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən verilmiş kartlardan istifadə edilməklə həyata keçirilən
bütün əməliyyatlar nəzərdə tutulur.


