IDF: Qərbi İranda yüzlərlə hərbi hədəf vurulub – VİDEO

Baş səhifə

İsrail Müdafiə Qüvvələri (IDF) Qərbi İranda yüzlərlə hərbi hədəfə zərbə endirildiyini açıqlayıb.

APA-nın xəbərinə görə, İDF bildirib ki, əməliyyat zamanı İranın raket buraxılış qurğuları da daxil olmaqla müxtəlif hərbi obyektlər vurulub.

IDF bu səhər həyata keçirilən hücumların görüntülərini də ictimaiyyətə təqdim edib.