Məsud Pezeşkian üçün hər hansı problem yaranmayıb – İran PA

Baş səhifə

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian üçün hər hansı problem
yaranmayıb.

Trend-in
məlumatına görə, bu barədə İran Prezident Aparatından yerli mediaya
açıqlama verilib.

Bildirilib ki, İran prezidentinin sağlamlığı tam yerindədir.




Qeyd edək ki, xarici KİV-lərdə İran prezidentinin hərbi hava
hücumlarında vurulması ilə əlaqədar məlumat yayılıb.

Qeyd edək ki, ötən saatlarda paytaxt Tehranda çoxlu sayda
partlayışlar baş verib. İran mediası partlayışların raket hücumu
nəticəsində baş verdiyini bildirir.