
Bakı. Trend:
Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir
zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən
Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları
tərəfindən saxlanılıblar.
Bildirilir ki, onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd
metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər
barəsində həbs qətimkan tədbiri seçilib.


