Voleybol üzrə Yüksək Liqada UNEC və “Turan” qələbə qazanıb

Baş səhifə
Voleybol üzrə Yüksək Liqada UNEC və Turan qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun daha iki oyunu baş tutub.

“Report”un məlumatına görə, UNEC “Gənclər” komandasını 3:0 (25:7, 25:15, 25:8) hesabı ilə üstələyib.

“Turan” isə səfərdə “Milli Aviasiya Akademiyası”na qalib gəlib – 3:2.

Xatırladaq ki, XV turda daha əvvəl “Abşeron” “Murov Az Terminal”ı (3:1),”DH Volley” “Gəncə”ni (3:2) məğlub edib.