Lənkəranda dənizdə kişi meyiti tapılıb

Baş səhifə
Lənkəranda bir neçə gün əvvəl dənizdə batan kişinin meyiti tapılıb

Lənkəranın Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadənin meyiti dənizdə tapılıb.

“Report”un cənub bürosunun məlumatına görə, o, bir neçə gün əvvəl dənizdə batdığı bildirilirdi.

Qeyd edək ki, Ələsgər Həsənzadə dünyada Ginnesin rekordlar kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. O, həmçinin, Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınmışdır.Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Beynəlxalq Rekordlar və Nailiyyətlər Agentliyindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış məktubda Ələsgər Həsənzadə milli nailiyyət kimi dəyərləndirib