Azərbaycanın turizm sektorunda investisiya təşviq sənədinin verilməsi ilə bağlı təkliflər hazırlanıb

Baş səhifə
Azərbaycanın turizm sektorunda investisiya təşviq sənədinin verilməsi ilə bağlı təkliflər hazırlanıb

Dövlət Turizm Agentliyi bu sektorda fəaliyyət göstərən sahibkarlara investisiya təşviq sənədinin verilməsi ilə bağlı təkliflər hazırlayıb.

“Report” xəbər verir ki, bunu Agentliyin sədr müavini Azadə Hüseynova Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə bildirib.

“Bundan əvvəl Mədəniyyət və Turizm Nazirliyinin vaxtında Quba-Qusar və Xızı-Xaçmaz rekreasiya zonaları kimi təsdiqlənib. Amma hazırda həmin ərazilər investisiya təşviq sənədi almaq üçün təsdiqlənmiş yeni nizamnaməyə cavab vermir, odur ki, Agentlik bu istiqamətdə iş aparır”, – deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Kəlbəcər rayonunda iki rekreasiya zonasının (Tutqunçay və Zülfüqarlı) yaradılması ilə bağlı sənədlər Prezident Admisnitrasiyasına təqdim olub: “Bu istiqamətdə bütün prosedurlar tamamlanıb. Hazırda Laçın rayonunda və işğaldan azad edilmiş digər ərazilərdə də rekreasiya zonaları ilə bağlı qiymətləndirmələr aparılır”.