Stolüstü tennis üzrə Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında iştirak edəcək

Baş səhifə
Stolüstü tennis üzrə Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında iştirak edəcək

Stolüstü tennis üzrə Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında iştirak edəcək.

“Report” xəbər verir ki, Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova “Masader Spor Klubu”, Adil Əhmədzadə ilə Onur Quluzadə isə “Spin Point Spor Kulubu”ndan dəvət alıblar.

Sözügedən idmançılar yarışın 3-cü və 4-cü turunda çempionat oyunlarına çıxacaqlar.

Qarşılaşmalar fevralın 28-i və martın 1-də Kayseri şəhərinin idman kompleksində təşkil olunacaq. Qeyd edək ki, seçmə komandanın üzvləri bu gün Türkiyəyə yollanıblar.