“Kəpəz” Premyer Liqanın XXII turunda “Sumqayıt”a böyük hesabla qalib gəlib

Baş səhifə
Kəpəz Premyer Liqanın XXII turunda Sumqayıta böyük hesabla qalib gəlib

“Kəpəz” Misli Premyer Liqasının XXII turunda “Sumqayıt”ı məğlub edib.

“Report” xəbər verir ki, Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Qolları 2-ci dəqiqədə Ryonosuke Ohori, 19 və 40-cı (p) dəqiqələrdə Luis Paçu vurublar.

“Gənclik şəhəri” təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 62-ci dəqiqədə Nikola Ninkoviç ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, “Kəpəz” 16 xalla turnir cədvəlində 10-cu sıraya yüksəlib. “Sumqayıt” isə 31 xalla 6-cıdır. Tura martın 1-də yekun vurulacaq.