Köç karvanı Kəlbəcər şəhərinə çatıb – FOTO

Baş səhifə

Fevralın 27-də yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə köçürülən 118 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ailələrə yeni tikilmiş binalarda verilən mənzillərin açarları təqdim olunub.