
Türkiyə bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) yüksək səviyyəli nümayəndə heyəti iştirak edəcək.
Bunu “Report”a açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrmüavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə qazanıb:
“Artıq Bakı şəhəri böyük bir brendə çevrilir. Biz də Azərbaycanın evsahibliyi edəcəyi WUF13-də ən yüksək səviyyədə təmsil olunacağımızı düşünürük”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


