
Bakı.Trend:
Bu ilin yanvar ayında Azərbaycanda Real Vaxt Rejimində
Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların
ümumi həcmi 68,7 milyard manatı, say baxımından isə 129,8 min ədədi
ötüb.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatlara görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
sistemdə həyata keçirilən əməliyyatların həcmi 2 milyard manat və
ya 3%-dən çox, sayı isə 12,8 min ədəd və ya 10,9% artıb.
Ötən ilin yanvar ayında AZİPS vasitəsilə həyata keçirilən
əməliyyatların həcmi 66,8 milyard manat, sayı isə 117 min ədəd
olmuşdu.
Qeyd edək ki, yanvar ayına olan vəziyyətə görə Azərbaycanda bank
sistemi və “Azərpoçt” SC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı öncəki ayla müqayisədə 176 min ədəd artıb və
ümumilikdə 22 milyon 156 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə bu göstərici 11 faiz artmış olub.


