AYB sədri: Türk dünyasından elm adamlarının Bakıda toplanması tarixi hadisədir

Baş səhifə
AYB sədri: Türk dünyasından elm adamlarının Bakıda toplanması tarixi hadisədir

Bu yüz il ərzində çox şey dəyişdi, o zaman qurultaya gələn türk xalqları içərisində müstəqil olan yalnız Türkiyə idi.

“Report” xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, bu gün artıq 7 böyük türk dövləti var.

Xalq yazıçısı bugünkü elmi konftasın türk dünyası üçün, elmi fəaliyyət üçün əhəmiyyətli olacağını qeyd edib:

“Suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycanda yüz ildən sonra türk dünyasının dörd bir yanından elm adamların toplanması tarixi hadisədir”.