
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi aktual vəzifə olaraq qalır, bu, gələcəkdə belə cinayətlərin qarşısının alınması üçün lazımdır.
“Report”un Rusiya bürosu xəbər verir ki, diplomat bunu Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxış edərkən deyib.
O, faciənin ildönümünün xüsusi şəraitdə – Azərbaycan xalqına qarşı cinayətlərin təşkilatçıları olan keçmiş separatçı rejimin liderlərinin Bakı Hərbi Məhkəməsi tərəfindən məhkum edildiyi bir vaxtda qeyd olunduğunu vurğulayıb.
“Ədalət bərqərar oldu, lakin Xocalı soyqırımının beynəlxalq siyasi-hüquqi qiymətləndirilməsi aktual vəzifə olaraq qalır. Bu, gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün vacibdir”, – diplomat bildirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


