
26 fevral tarixində Ermənistan ordusunun hərbçisi Narek Hamletoviç Hakobyanın cəsədi aşkarlanıb.
APA xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin motivlərinin araşdırılması üçün istintaq başladılıb və hərbçinin ölümü ilə bağlı bir nəfər saxlanılıb.
Araşdırma davam edir.


