Sörlot Osimheni qabaqlayaraq Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

Baş səhifə
Sörlot Osimheni qabaqlayaraq Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

İspaniyanın “Atletiko” klubunun futbolçusu Aleksandr Sörlot azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

“Report” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu pley-off mərhələsinin cavab oyununda “Brügge” (Belçika) ilə keçirilən görüşdə (4:1) het-trik edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, norveçli futbolçu səsvermədə Yens Petter Hauqe (“Budyo Qlimt”), Orelyen Çuameni (“Real”) və Viktor Osimheni (“Qalatasaray”) qabaqlayıb.