Xankəndi, Ağdərə və Xocalıda soyqırımı qurbanlarının xatirəsi yad edildi (FOTO)

Baş səhifə

Xocalı. Trend:

Fevralın 26-da saat 17:00-da Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Bu barədə Trend-in Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə
və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumata verilib.




Belə ki, nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, şəhər,
qəsəbə və kəndlərdə Azərbaycanın Dövlət Bayrağı yarıyadək
endirilib. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram
ifadə olunub.