
Bakı.Trend:
Mülki hava gəmisi ilə təhlükəli yüklərin daşınmasına təsdiqetmə
icazəsinin verilməsi üzrə müraciətin aviasiya sahəsində normativ
hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması üçün xidmət
haqqı müəyyənləşib.
Trend-in
məlumatına görə, bu, xidmət təminatçılarına mülki aviasiyada
təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə xidmət
haqqı məbləğlərinda öz əksini tapıb.
Qərara əsasən, mülki hava gəmisi ilə təhlükəli yüklərin
daşınmasına təsdiqetmə icazəsinin verilməsi üzrə müraciətin
aviasiya sahəsində normativ hüquqi aktların tələblərinə
uyğunluğunun yoxlanılması zamanı hər icazə üçün 200 manat müəyən
olunub.


