Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Baş səhifə
Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Vəkillər Kollegiyasının rəhbərliyi Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

“Report” xəbər verir ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.