AFFA İntizam Komitəsi oyuna çıxmayan iki klubu cəzalandırıb

Baş səhifə
AFFA İntizam Komitəsi oyuna çıxmayan iki klubu cəzalandırıb

AFFA İntizam Komitəsi oyuna çıxmayan iki Region Liqası klubunu cəzalandırıb.

“Report” xəbər verir ki, “Qobu” – “Crystal” oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni aqibəti “Dirçəliş” klubu da yaşayıb. Onlar “Universal Football Academy” kollektivi ilə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşiblər.