Peskov: ABŞ hələ də Rusiya ilə iqtisadi əməkdaşlıq məsələlərini Ukrayna ilə əlaqələndirir

Baş səhifə
Peskov: ABŞ hələ də Rusiya ilə iqtisadi əməkdaşlıq məsələlərini Ukrayna ilə əlaqələndirir

Dmitri Peskov

ABŞ hələ də Rusiya ilə iqtisadi əməkdaşlıq məsələlərini tamamilə Ukrayna ətrafındakı nizamlanma prosesi ilə əlaqələndirir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“ABŞ tərəfi hələ də bu iki istiqaməti tamamilə əlaqələndirməyə üstünlük verir”, – Peskov jurnalistlərə deyib.