
Bakı. Trend:
Bu il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının
xalis xarici aktivləri 26,648 milyard manat təşkil edib.
Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,
aylıq müqayisədə 803,4 milyon manat (3,1%) çox, ötən ilin fevralın
1-nə nisbətən isə 1,670 milyard manat (-5,9%) azdır.
Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 21,539
milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 milyard
manat və ya 10,3% az, ötən ilin fevralın 1-nə nisbətən isə 4,3
milyard manat və ya 24,5% çoxdur.
Beləliklə, bu ilin fevralın 1-nə Azərbaycan banklarının xalis
xarici aktivləri xalis daxili aktivlərini 5,1 milyard manat və ya
1,2 dəfə üstələyib.
Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 56,936 milyard
manat, cəmi öhdəlikləri 49,529 milyard manat, balans kapitalı 7,407
milyard manat olan 22 bank fəaliyyət göstərir.


