
Bakı. Trend:
Gürcüstan, Azərbaycan və Türkiyə Orta Dəhlizin potensialının
reallaşdırılmasını müzakirə ediblər.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“Gürcüstan – Azərbaycan – Türkiyə biznes forumunda ölkələrimiz
arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın
səmərəliliyinin daha da artırılması imkanlarını dəyərləndirdik.
Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanları
vurğulayaraq, enerji resurslarından effektiv istifadənin, Orta
Dəhlizin potensialının reallaşdırılmasının, rəqəmsal tranzit
infrastrukturunun təkmilləşdirilməsinin, ölkələrimizin ixrac
imkanlarının artırılmasının və ticarət əlaqələrindəki dinamikanın
davamlı dəstəklənməsinin önəmini qeyd etdik. Fəaliyyətimizin
prioritet istiqamətlərindən olan təchizat zəncirlərinə
investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında
sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin
formalaşdırılmasına xidmət edir”, – paylaşımda qeyd edilib.


