Türkiyədə şəhid olan “F-16” pilotu böyük faciənin qarşısını alıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Balıkəsir vilayətində baş vermiş “F-16” qıcısının
qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, Balıkesir şəhərində yerləşən 9
saylı Hava Bazasında yerləşən 191-ci Kobra bölməsinin “F-16” döyüş
təyyarəsi Yunanıstanla sərhəddə hava məkanına nəzarət məqsədilə
fövqəladə uçuş üçün havaya qalxıb.

Məlumata görə, qalxdıqdan 3 dəqiqə sonra reaktiv döyüş təyyarəsi
İstanbu-İzmir magistralının kənarında çırpılıb və pilot mayor
İbrahim Bolat hadisə nəticəsində şəhid olub.




Şəhid pilotun təyyarənin düşməsindən saniyələr əvvəl katapult
edib, lakin paraşütünün yerə yaxın məsafədə açılması səbəbindən
havada dolmadığı məlum olub.

Qəhrəman Pilot Bolatın təyyarəni son ana qədər idarə etməyə
çalışdığı və çox işlək olan avtomobil yoluna düşməməsi üçün
mübarizə apardığı bildirilir.

Təyyarənin avtomobil yoluna 10 metr qalmış düşməsi böyük
faciənin qarşısını alıb.