
Bakı.Trend:
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad
edib.
Trend xəbər
verir ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı
soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi
ziyarət olunur.
Abidəni dövlət və hökumət rəsmiləri, ziyalılar, ictimaiyyət
nümayəndələri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə
gül dəstələri düzür.
Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı
həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti
nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri
kimi həkk olunmuş Xocalı soyqırımından 34 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi
ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı
cinayəti törətmişdir.
Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı
törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o
cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə
yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni
zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o
cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq
qalmaqdadır.
Xəbər yenilənəcək


