
Bakı. Trend:
Azərbaycan bank sektoru yanvar ayında 80,1 milyon manat
məbləğində xalis mənfəət əldə edib.
Trend Azərbaycanın
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 12,8 faiz
çoxdur.
Məlumata əsasən, 2026-cı ilin yanvar ayında banklar mənfəət
vergisi üzrə ümumilikdə 32,5 milyon manat ödəyiblər.
Qeyd edək ki, cari ilin yanvar ayının sonuna olan vəziyyətə
görə, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri
56,936 milyard manat təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,845
milyard manat və ya 7,2 faiz çoxdur.
Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyard
manat, balans kapitalı isə 7,407 milyard manat olub.
Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmu
öhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.


