Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ
Respublikasına səfər edib.

Trend xəbər verir
ki, X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq)
və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin
hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq
fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir
mübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və
təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və
təşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması prosesi ətrafında geniş fikir mübadiləsi
aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq
məsələləri də müzakirə ediblər.