
Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə
yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.
Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 21:45-də dörd matç keçiriləcək.
Belə ki, “Fiorentina” “Yaqellaniya” ilə, “Riyeka” “Omoniya” ilə, “Samsunspor” “Şkendiya” ilə, “Çelye” isə “Drita” ilə
qarşılaşacaq.
Digər dörd oyun Bakı vaxtı ilə gecəyarısı start götürəcək. “Kristal Palas” “Zrinski”ni, “AZ Alkmar” “Noah”ı, “Lex” “Kuopion”u, “Lozanna Sports” isə “Siqma”nı qəbul edəcək.
Xatırladaq ki, “Strasbur” (Fransa), “Rakuv” (Polşa), “AEK Afina”
(Yunanıstan), “Sparta Praqa” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Maynz” (Almaniya) və “AEK Larnaka” (Kipr)
liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.
26 fevral
21:45. “Fiorentina” – “Yaqellaniya”
21:45. “Riyeka” – “Omoniya”
21:45. “Samsunspor” – “Şkendiya”
21:45. “Çelye” – “Drita”.
27 fevral
00:00. “Kristal Palas” – “Zrinski”
00:00. “AZ Alkmar” – “Noah”
00:00. “Lex” – “Kuopion”
00:00. “Lozanna Sports” – “Siqma”


