Bakı. Trend:
“Saudi Aramco” Cüayma terminalından ölkənin şərqində
mayeləşdirilmiş karbohidrogen qazının ixracını dayandırıb.
Trend xəbər verir
ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, insident fevralın 23-də baş verib. Agentliyin
mənbələri bildirir ki, səbəb propan və butan kəmərlərinin keçdiyi
estakadanın bir hissəsinin çökməsi olub.
“Saudi Aramco” fövqəladə hallara reaksiya planını işə salıb və
yaxın bir neçə həftə üçün planlaşdırılan mayeləşdirilmiş
karbohidrogen qazının tədarükünü dayandıracağını açıqlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və qaz sızması qeydə
alınmayıb.

