ABŞ-nin yeni tarif siyasəti Aİ mallarına əlavə rüsum riski yaradır

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyasının yeni tarif siyasəti Avropa İttifaqı
ölkələrindən gələn ümumi dəyəri 4,2 milyard avro (5 milyard dollar)
olan malların tərəflərin ötən il razılaşdırdığı 15 faizlik həddi
aşan idxal rüsumları ilə üzləşməsinə səbəb ola bilər.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ-nin yeni ticarət siyasəti
reallaşarsa, kənd təsərrüfatı məhsullarının bir hissəsi (o cümlədən
pendir və kərə yağı), plastik məmulatlar, parçalar və kimyəvi
maddələr tariflər üzrə müəyyən edilmiş “tavan” həddini keçəcək.




Agentlik Avropa Komissiyasının sözçüsü Olof Cillə istinadən qeyd
edib ki, rüsumların yuxarı həddi Aİ ixracatının təxminən 7 faizi
üçün keçilə bilər.

Bu həftənin əvvəlində Avropa Parlamenti ABŞ ilə tariflər barədə
sazişin ratifikasiyasını təxirə salıb. Həmin saziş Aİ-nin
birtərəfli qaydada ABŞ-yə 15 faiz məbləğində ticarət rüsumları
ödəmək öhdəliyini təsbit edir.