Rusiyanın Xabarovsk diyarında fərdi evdə baş verən yanğında dörd nəfər ölüb

Baş səhifə
Rusiyanın Xabarovsk diyarında fərdi evdə baş verən yanğında dörd nəfər ölüb

Rusiyanın Xabarovsk diyarında cümə axşamına keçən gecə fərdi yaşayış evində yanğın baş verib, ölənlər var.

“Report”un məlumatına görə, bu barədə “İnterfaks” regional Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, 29-54 yaşlarında iki kişi və iki qadın həlak olub.

Alovun söndürülməsinə 13 mütəxəssis və dörd texnika cəlb olunub.

Yanğının səbəbləri və təfərrüatları araşdırılır.