Raşida Dati Fransanın mədəniyyət naziri vəzifəsindən ayrıldı

Baş səhifə

Bakı. Trend:

Raşida Dati Fransanın mədəniyyət naziri vəzifəsini tərk
edib.

Trend bu barədə
BFMTV-yə istinadən xəbər verir.




Sabiq nazir Paris şəhərinin meri postuna namizədliyini irəli
sürdüyünü bəyan edib. Fransanın paytaxtında mer seçkiləri martın
16-na təyin olunub.

Raşida Datinin sözlərinə görə, o, hökuməti tərk etmək qərarını
dekabrın sonunda qəbul edib. O, bu vəzifəni 2024-cü ilin
yanvarından icra edirdi.